Qəzaya düşən 2 qardaşdan biri həyatını itirdi

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Ərəbqardaşbəyli kəndi ərazisində rayon sakini Cahid Abbasov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü - Salyan sakini Abasov Cahid Cavid oğlu hadisə yerində ölüb. Sürücünün sərnişini olan qardaşı  Salyan şəhər sakini Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv