Qəzaya uğrayan "Range Rover" qaz xəttinə də çırpılıb – Bakıda

Bakının Nəsimi rayonunu Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin kəsişməsində yol qəzası baş verib.

APA TV xəbər verir ki, "Range Rover" markalı minik avtomobili Hənifə Ələsgərov küçəsi ilə hərəkətdə olarkən "Yol ver" nişanının tələbini pozub. Nəticədə avtomobil M.Qaşqay küçəsilə hərəkətdə olan "Renault" markalı nəqliyyat vasitəsinə, daha sonra səkiyə və qaz borusuna çırpılıb. İlkin məlumata görə, H.Ələsgərov küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsindəki işıqfor işləməyib. Bu zaman "Range Rover" həmin yolda olan "Yol ver" nişanının tələbini pozaraq işıqfordan keçib.

Əraziyə Nəsimi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv