QHT Şurası 423 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib

Bu il qrant müsabiqəsinin keçirilməsində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 26 qurumla əməkdaşlıq edib.

 

APA TV-nin məlumatına görə bunu, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib.

 

O bildirib ki, layihə təklifi qəbulu ötən il noyabrın 20-dən dekabrın 30-dək keçirilib. 123 mövzunu əhatə edən 26 qrant müsabiqəsinə ümumilikdə 541 layihə təqdim edilib, onlardan 16-sı texniki seleksiyanı keçməyib.

 

Layihələrin eyni zamanda 15 yanvar-15 fevral tarixlərində vətəndaşlar tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor SƏLİS-in e-vətəndaş proqramında qeydiyyatdan keçən 14 877 vətəndaşın layihələrə 40 206 rəy bildirdiyini də vurğulayıb.

 

Sonra tərəfdaş qurumların nümayəndələri çıxış edərək, maliyyələşdirilən layihələrin mövzusu, sayı və ayrılan maliyyə vəsaitinin məbləği barədə məlumat veriblər.

 

Daha sonra müsabiqənin nəticələri elan edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv