Qida Təhlükəsizliyi Agentliyi Tovuzda reyd keçirib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin nazirlər kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
APA TV xəbər verir ki, Tovuz rayonunda yerləşən ictimai iaşə müəssisələrində Agentliyin regional bölməsi tərəfindən yoxlamalar həyata keçirilib.
Aparılan reyd zamanı bəzi ictimai iaşə müəssisələrinin sahibləri və müştərilər tərəfindən bir sıra qaydalara əməl edilmədiyi aşkar olunub.
Həmin obyekt sahibləri və müştərilər barələrində protokol tərtib edilərək, inzibati qaydada məsuliyyətə cəlb ediliblər.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir.