“Qış təlimi-2021”-də tank və toplarla tapşırıqlar icra olunub - ŞƏRHSİZ
Türkiyə Milli Müdafiə Nazirliyi Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimlərdən yeni görüntülər yayımlayıb.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, təlimlərin növbəti mərhələsində tanklar və toplar ilə tapşırıqlar icra olunub.
Təlimlər fevral ayının 12-dək keçiriləcək.
Qeyd edək ki, “Qış təlimi-2021” Türkiyə Silahlı Qüvvələrinin və Əlahiddə Ümumqoşun Ordunun bölmələrinin iştirakı ilə keçirilir.