15:50 25 noyabr 2022 59
Ana səhifə Xəbərlər

Qiymətlər, su, elektrik enerjisi və yanacaq tarifləri artdığı üçün yüksəlib - Zahid Oruc

“Yaşadığımız ildə minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edirdi. Məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir”.

 

Bunu bu gün Milli Məclisin plenar iclasında çıxışı zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

 

Zahid Oruc deyib ki, ötən ilin noyabrında 100 manata alınan ərzaq indi 125 manata alınır: “O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artırıb. Nəhayət, bizim hazırkı istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çıxışı normativinə söykənir, ancaq əhalinin yalnız 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənləşmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil”.

 

Deputat qeyd edib ki, 2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb: “Əslində qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tarifləri artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir. Azərbaycanda hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın