Qıza görə dava edənləri ayırmağa çalışarkən öldürüldü
Ötən gün Bakıda kütləvi dava olub, iki nəfər yaralanıb, bir nəfər ölüb.
azxeber.com-un yaydığı məlumata görə, hadisə Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində baş verib.
Məlumata görə, yaralılardan 18 yaşlı Nemət Həsənov çox qan itirdiyindən o xəstəxanada dünyasını dəyişib. Nemət qız üstündə dava edənləri ayırmağa çalışarkən qətlə yetirilib.