Qızıl Aypara Cəmiyyətinin könüllüləri tənha qocaları nəzarətə götürüb

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri koronavirus təhlükəsi ilə bağlı tətbiq olunan karantin rejimində tənha qocalara dəstək aksiyasına başlayıb. 


APA TV-nin yerli bürosunun xəbərinə görə, cəmiyyətin Mingəçevir bölməsinin əməkdaşları evdə qalmaq məcburiyyətində olan tənha qocaları nəzarətə götürməyə qərar verib. 
Bu məqsədlə daimi qayğıya ehtiyacı olan 15 ahıl insan müəyyən olunub. Könüllülər vaxtaşırı onların ünvanına baş çəkir, hər biri üçün zəruri olan qida məhsulları, dərman və digər zəruri əşyalar aparır. 


Qeyd edək ki, ahıl insanlara cəmiyyət tərəfindən göstərilən dəstək davamlı xarakter daşıyır. 

Müəllif | Apa.Tv
Apa.tv