Qızıl bahalaşıb - RƏSMİ
Azərbaycanda zərgərlik məmulatları bahalaşıb.
APA TV-nin Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu ilin 11 ayı ərzində qızıl-zinət əşyalarının qiymətində ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artım qeydə alınıb.
Bu arada Mərkəzi Bank ilin sonuna 15 gün qalmış qızılın 1 unsiyasının qiymətini 2507 manat 79 qəpik təsdiq edib.