Qızıl-zinət bazarı niyə “ölür”?

 

Qızıl-zinət əşyaları sahəsində alıcılıq qabiliyyəti ildən ilə zəifləyir. Məsələn, cari ilin 8 ayında Azərbaycan 72,1 milyon dollar dəyərində qızıl ixrac edib. Bu da ötən illə müqayisədə 23 faiz azdır. Aylıq müqayisədə də qızılın ixrac gəlirlərinin kəskin düşdüyü müşahidə olunur. Belə vəziyyət qiymətin qalxmasında da özünü göstərir. Elə söhbətləşdiyimiz qızıl alverçiləri də bazarı zəifləməyindən gileyləndilər. Ekspertlər ölkədə qızıl satışının həcminin azalmasını alıcılıq qabiliyyəti ilə bağlayır. Belə ki, alıcılq qabiliyyətli tələbin sıxılması istənilən məhsul üzrə ticarət dövriyyəsinə mənfi təsir göstərir. Qızılın fiziki həcmdə azalmasını hasilat həcminin azalması ilə əlaqələndirən ekspert bildirir ki, istənilən halda azalma bu əmtəənin mövcud hasili, emalını təşkil etmək nöqteyi-nəzərindən dünya bazarından asılılığımızı çoxladır. Biz hasil olunan qızılı xammal şəklində dünya bazarına ixrac edirik. Nəticədə xaricdən emal olunmuş qızıl almağa məcbur olunuruq. Qızıl satışı ilə məşğul olanlar da deyir ki, öz istehsalımız olan qızıl az olduğu üçün yerli istehsala tələbat yoxdur. Onu da bildirək ki, 2022-ci ildə 71 mal kodu ilə - qiymətli metallar və onlardan hazırlanan malların ixracı 189 milyon dollar olub. Azərbaycanın 71 mal kodu ilə ixrac etdiyi malların 98%-i isə işlənməmiş xam qızıl olub. Ekspert bildirir ki, daxili investisiya resurlarının lazımi səviyyədə inkişaf etməyəndə məcbur qalıb xarici investisiyalara üstünlük verilir. Bu da emal edilən məhsulun deyil, xammal sektorunun inkişafına qabarıq şəkildə dəstək verir. Yəni ixracatda xammal yüksək, kritik paya malik olur. AYNUR QARA APA TV

Müəllif | Apa.Tv
Apa.tv