“Qızım qorxudan qaçıb, balalarını qoruyub” –Uşaqları ilə qaçan qadının anası daha nələr dedi?
Mart ayının 23-də axşam saatlarında 3 azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşən Cəlilabad rayon Ləzran kənd sakini, 1995-ci il təvəllüdlü Şəfəq Əliağa qızı Kərimova övladlarını qorumaq üçün evdən qaçıb. Bu barədə Şəfəqin anası Gülnisə Kərimava APA TV-yə danışıb. Gülnisə Kərimavanın sözlərinə görə, qızı Şəfəq 11 il bundan əvvəl Türkiyə vətəndaşı Fərid Çalğıçı ilə ailə həyatı qurub. Bir müddətdən sonra Fərid Şəfəqi Türkiyəyə aparıb və orada yoldaşını dilənməyə məcbur edib. Təzyiqlərə dözə bilməyən Şəfəq uşaqları ilə vətənə qayıdıb. Fərid isə törətdiyi oğurluq üstündə tutulub. Ayın 19 – dan Fərid geri qayıdıb. Ailə arasında mübahisələr yaranıb. Fərid Şəfəqi uşaqlarını oğurlayacağı və qaçaq yolla Türkiyəyə aparacağı ilə təhdid edib. Qeyd edək ki, keçirilən tədbirlər nəticəsində Şəfəq Kərimova Bakı şəhərində tapılaraq bu gün ailəsinə təhvil verilib. İlkin Rzayev, Rövşən Almazoğlu APA TV Cəlilabad