Qobustanda yol qəzası olub, 1-i azyaşlı olmaqla, 5 nəfər ölüb
Bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “Kia” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Qəza nəticəsində iki kişi, iki qadın, bir uşaq olmaqla beş nəfər ölüb, bir qadın xəsarət alıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, xəsarət alan 1 nəfər Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır. Qəzaya düşənlərin Şamaxı rayon sakinləri olduğu deyilir.
Araşdırma aparılır.