Qobustandakı dəhşətli qəza ilə bağlı yeni görüntülər yayılıb
Yanvarın 3-də Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş vermiş yanğınla bağlı yeni görüntülər yayılıb.
Qeyd edək ki, dəhşətli qəzada Opel markalı 99-BH-926 d.q.n-lı, Mercedes markalı 99-ZD-593 d.q.n-lı və Kamaz markalı 42-CB-514 d.q.n-lı avtomobillər toqquşub. Qəza nəticəsində Mercedes 99-ZD-593 d.q.n-lı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirib.