Qobustandakı dəhşətli qəzadan görüntülər - ÖLƏNLƏR VƏ YARALILAR VAR
Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə oktyabrın 26-da Qobustan rayonu ərazisində qeydə alınıb.
99-UL-587 dövlət nömrə nişanlı “VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu hadisə yerində ölüblər.
Qəza zamanı Ağsu sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, həmçinin Sumqayıt sakini - 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlərlə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.