Qocalmaq istəmirsinizsə, bu məhsullardan uzaq durun

 

Qida insan sağlamlığının və gəncliyinin mühüm tərkib hissəsidir, lakin onların bəziləri hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Ekspertlər marqarin kimi qarışıq trans yağlardan imtinanı məsləhət görür. Çünki bu yağlar hüceyrələrdə iltihablı proseslərin başlamasına, dərinin degenerativ vəziyyətinə və qocalmasına gətirib çıxarır. Onların fikrincə, enerji içkiləri də bədənimizi yaşlandırır. Hər şey diş minasının məhv edilməsi və həzm sistemindəki problemlərlə başlayır, nəticədə zülalların, yağların və sağlam karbohidratların udulmasında disbalans yaranır. Kolbasa, sosiska, cips, hisə verilmiş ət və konservləşdirilmiş qidalar da təhlükəlidir. Bu maddənin kiçik dozaları piylənməyə, qaraciyər hüceyrələrinin zədələnməsinə, böyük dozalar isə bədən hüceyrələrinin DNT-sinə, xüsusən də dəriyə bərpaolunmaz zərər verə bilər. Mütəxəsislər düşünürlər ki, çox bişmiş və ya yanmış ət parçaları, kartof qızartması da qocalmağa səbəb olur. Belə yeməklər bədənə iltihablı təsir göstərir. Rasionda duzun çox olması hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb ola bilər. Gündəlik dörd qramdan çox duz istehlakı telomerlərin - xromosomların uclarının qısalmasına gətirib çıxarır. Və nəhayət, toyuq qanadları. Onların tərkibində qaraciyər və qalxanabənzər vəzinin pozulmasına səbəb olan ftalatlar olduğundan, şübhəsiz ki, qocalma prosesini sürətləndirir. Ekspertlər gec qocalmaq istəyənlərə sadalanan bu 6 məhsuldan uzaq durmağı tövsiyyə edirlər

Müəllif | Apa.Tv
Apa.tv