Qohum evindən oğurluq edən şəxs tutuldu - QUBADA

Qubada qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, oğurluq hadisəsi rayonun Zizik kəndində qeydə alınıb.

Kənd sakini Zülfüqar Bayramov evdən məişət əşyaları aparıb: “Yaşadığım kənddə qohumumuzun evi var, orda heç kim qalmır. Belə qərara gəldim ki, girib evdə olan avadanlığı götürüm. Gecə vaxtı ora getdim, hasardan tullanıb dama çıxdım. Sonra damdan dəhlizə düşdüm. Orda olan əşyaları götürüb evə gətirdim. Bir qismini satdım, bir qismi də evdə qaldı. Onları da polis tapdı. Çox peşmanam”.

Polis Z.Bayramovun satdığı əşyaların da yerini müəyyən edib.

Faktla bağlı cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv