Qohumları bir neçə gün idi onunla əlaqə saxlaya bilmirdi, meyiti tapıldı

 

Ölən şəxs 1997-ci il təvəllüdlü Elməddin Mehman oğlu Hüseynovdur. Onun cansız cəsədi 25 dekabr səhər saat 10 radələrində qonşunun Elməddini səsləməsindən sonra aşkarlanıb. Yaxınları bildirir ki, Elməddin Hüseynov evdə tək yaşayırmış. İki bacının bir qardaşı olan 26 yaşlı gənc subay idi. Bacısı deyir ki, bir neçə gün imiş ki, qardaşı ilə əlaqə saxlaya bilmirmiş. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin Ağstafa regional mərkəzinə aparılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır . Fuad Nazimoğlu Elşad Cəfər APA TV Ağstafa

Müəllif | Apa.Tv
Apa.tv