Qohumlarını aparan sürücünün maşından meyiti çıxdı - ZAQATALADA QƏZA

Zaqatalada ölümlə nəticələnən avtoqəza baş verib.


APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə Əliabad qəsəbəsi ərazisində qeydə alınıb.


Rayon sakini - 1983-cü il təvəllüdlü Tural Mamed oğlu Gülməmmədov “VAZ 2106” markalı 99 ZE 314 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında qatı duman səbəbindən yolu görməyib və nəqliyyat vasitəsini ağaca çırpıb.

O, hadisə yerində keçinib. T. Gülməmməmədovun meyiti Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

Sərnişinlər - Teymur İbadullah oğlu Gülməmmədov və Rüfət Gülməmməd oğlu Gülməmmədov isə müxtəlif dərəcəli xəsarətlər Zaqatala Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri ağır qiymətləndirilir.


Xatırladaq ki, hər iki şəxs ölən sürücünün yaxın qohumudur.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv