Qohumunu maşının salonunda gizlədərək Balakənə aparmaq istədi – POLİS SAXLADI

Xüsusi karantin qaydalarını pozaraq yük avtomobilinin salonunda qohumunu gizlədib Balakən rayonuna keçirmək istəyən sürücü və həmin şəxs saxlanılıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki postda aparılan profilaktik tədbirlər zamanı Kürdəmir rayon sakini Allahverdi Eybalıyevin idarə etdiyi “Shacman” markalı yük maşını saxlanılıb.

 

Həmin nəqliyyat vasitəsinin salonuna baxış zamanı müvafiq icazəsi olmadan karantin qaydalarını pozaraq gizli şəkildə Balakənə gəlmək istəyən sürücünün qohumu Emil Fətəliyev saxlanılıb.

 

Hər iki şəxs cərimə ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv