Qonaq getdiyi qohumunun evindən pul və qızıl oğurladı – ASTARADA
Astarada qonaq getdiyi qohumunun evindən pul və qızıl oğurlayan qadın saxlanılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Astara şəhər sakini Turab Ağayev polisə müraciət edərək, evindən 10 000 manat pulun və 1160 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin ev sahibinin qohumu, Ərçivan qəsəbə sakini olan qadın olduğu müəyyən edilib və o saxlanılıb. Oğurlanmış pul və qızıl-zinət əşyaları ondan aşkar edilərək, maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.