Qonşular ova gedərkən tutuldu - QANUNSUZ SİLAHLA
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
APA TV xəbər verir ki, gecə saatlarında rayonun Qazma kəndində çöllük ərazidə dayanan “VAZ-21011” markalı avtomobilə yaxınlaşan polis əməkdaşları sürücü və sərnişinlərin hərəkətlərində şübhəli əqamlar müəyyən ediblər. Polis şöbəsinə gətirilən həmin şəxslərin rayonun Tülü kənd sakinləri Ramiz Akkubayev, Ələddin Dabaxov, Seymur Xəlilov və Emil Sarayev olduqları müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman sərnişinlərə məxsus üç ədəd müvafiq sənədləri olmayan, “BUM” və “İJ” markalı ov tüfəngləri, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanaraq götürülüb. Onlar ifadələrində birlikdə ova getdiklərini bildiriblər.
Saxlanılan şəxslərin hər biri barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.