Qonşunuza görə evinizi su basarsa, hara üz tutmalısınız?

Bina evlərində yaşayanların ən böyük dərdi yuxarı mərtəbələrdə yaşayan qonşuların səhlənkarlığı, diqqətsizliyi səbəbindən mənzillərini su basmasıdır. Bu problemi həll etmək istəyəndə bəzən arzuolunmaz nəticələrlə üzləşirik.

Bunlar sadə insanların vəziyyətdən çıxmaq üçün tapdıqları yollardır. Bəs hüquq nə deyir? Qonşunun səhlənkarlığı nəticəsində evinizi su basarsa, necə davranmalısınız?

Hüquqşunas Şamil Paşayev deyir ki, bu məsələ ilə bağlı vətəndaşlar arasında problem yaranarsa, polis və ya prokurorluğla deyil, məhkəməyə üz tutmalıdırlar.

Bəs qonşu kirayənişindirsə, cavabdeh kim sayılır?

Hüquqşunas onu da söylədi ki, bu məsələdə məhkəməyə müraciət etmək üçün vaxt məhdudiyəti yoxdur.

AYGÜN CARÇIYEVA,

ZİYA ALLAHYAROV,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv