Qonşusunu bıçaqlayan şəxs arvadını öldürdü - 3 ÖVLADININ YANINDA

Salyanda ər arvadını övladlarının gözü qarşısında öldürüb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan şəhəri Ağa Mirbağır ağa Bağırzadə küçəsində qeydə alınıb.

Salyan şəhər sakini, 1982-ci il təvəllüdlü Nahid Zeynalabdin oğlu Hüseynov özündən 1 yaş kiçik həyat yoldaşı - 1983-cü il təvəllüdlü İlahə Abdurrəhman qızı Hüseynovaya 15 bıçaq zərbəsi vurub. Qadın 3 övladının gözü qarşısında can verib.

 

Mənim balam 12 il idi ki, o evdə dustaq idi. Bıçaqla qızımın başına vura-vura güclə ona yazdırdı ki, denən ki, mən bunu eləmişəm. Gedin baxın neçə bıçaq yeri var qızımın başında. Mənim balam heç nə etməyib. Nahid narkotik istifadəçisidir. Özü də ən ağırından. Həm satır, həm də istifadə edir. O, xuliqandır.

Qatil ər arvadını öldürənə qədər bir nəfəri də bıçaqlayıb. Ağır xəsarətlər alan şəxs Nahidin qonşusu - 1980-ci il təvəllüdlü Sadıqov Zaur Hüseynağa oğludur. Nahid evinə gələrkən Zaur yolda onun qarşısına çıxıb. Başından və bədənindən xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

 Xəstəyə bədənin müxtəlif nahiyələrində kəsilib didilmiş yaralar diaqnozu qoyulmuşdur. Xəstənin yaraları cərrahi üsulla işlənilmişdir. Hazırda xəstənin ümumi vəziyyəti kafidir.


Nahid Hüseynov saxlanılıb. Hadisənin qısqanclıq zəminində törədildiyi deyilir.


Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv