Qoyun otarırdı, kanala düşüb boğuldu

Salyan sakini su kanalına düşüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Salyan rayonunun Şorsulu kəndi ərazisində qeydə alınıb. Rayonun Boranıkənd kənd sakini, 1975-ci il təvəllüdlü, II qrup əlil Sarxanov Rafət Əvəz oğlu bu gün səhər saatlarında qoyun otararkən qıcolmadan su kanalına düşüb. Onun öldüyü bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv