Quba sakini Goranboyda dəm qazından zəhərlənib öldü

26 yaşlı Quba rayon sakini Goranboyda dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 

APA TV-nin məlumatına görə, hadisə rayonun Aşağı Ağcakənd qəsəbəsində qeydə alınıb.

 

Quba rayon sakini, 1994-cü il təvəllüdlü Şəhriyar Əzizov hamamda olarkən dəm qazından zəhərlənib. O, dərhal xəstəxanaya çatdırılsada həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv