Quba sakini hər ay 3-4 kitab oxuyur

Quba rayon sakini Əbil Cəfərovun 68 yaşı. Bu vaxta kimi 1000-dən çox kitab oxuyub. Mütaliəyə marağı hələ uşaq yaşlarından başlayan Əbil Cəfərov ay ərzində 3 və ya 4 kitab oxuyur. 


APA TV-nin şimal bürosunun məlumatına görə, ixtisasca mühəndis olan 68 yaşlı oxucu tələbəlik illərində daha çox elmi əsərlər oxusa da, son 20 ildə bədii ədəbiyyata meyl göstərir. 


O, dünya və Azərbaycan yazıçıları ilə yanaşı yerli qələm adamlarının əsərlərini də oxuyur:

«Hazırda texniki vəsaitlər çoxdur və bu çox gözəl haldır. İndiki cavanlar oxumağa çox meyl eləmirlər. Tövsiyəm odur ki, oxusunlar. Hazırda bununla bağlı müxtəlif müsabiqələr keçirilir. Tövsiyə edirəm oxusunlar və müsabiqələrə qatılsınlar. Mən də 2019-cu ildə müsabiqəyə qatılmışdım». 
 

Quba Mərkəzi Kitabxanasının “Oxu zalı”ndakı ən fəal oxucuların guşəsində Əbil Cəfərovun da adı var.


Qeyd edək ki, Qubada kitabxanaların fondunda 700 minə yaxın kitab var. Onların çoxu Azərbaycan dilində çap olunan nəşrlərdir. 
 

Müəllif | Apa.Tv
Apa.tv