Quba sakinindən silah götürüldü
Quba sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, şöbə əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Cimi kənd sakini Qaflan Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “Bum” markalı ov tüfəngi aşkar edərək götürüblər.
Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.