Quba və Qusara güclü qar yağıb

 

Yanvarın 2-dən 3-ə keçən gecədən başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

APA TV-nin şimal bürosunun məlumatına görə, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb.

Yağıntı ən çox Qubanın Xınalıq kəndində qeydə alınıb, qarın hündürlüyü 10 sm-ə çatıb. Qrız kəndinə 5 sm, Təngəaltına 3 sm, Qubanın mərkəzinə isə 1 sm qar düşüb. Qrız və Xınalıq kəndlərində temperatur mənfi 9 dərəcəyədək enib.

Qusarın bəzi yaşayış məntəqələrində də eyni şərait müşahidə olunur.

Müəllif | Apa.Tv
Apa.tv