Quba və Qusara qar yağıb

Ötən gün axşam saatlarından başlayaraq Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksəklikdə yerləşən ərazilərdə qeydə alınıb.

Xınalıq kənd sakinləri bildirib ki, yaşayış məntəqəsində qarın hündürlüyü 2-3 santimetrə çatır.

Temperatur ötən günlərə nisbətən aşağı enib.

Müəllif | Apa.Tv
Apa.tv