Qubada 18 yaşlı şəxs kanalda boğulub

Quba rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndi ərazisində qeydə alınıb.

18 yaşlı kənd sakini Hicran Dadaşov Samur-Abşeron kanalında boğulub.

Onun meyiti sudan çıxarılıb.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv