Qubada 2 nəqliyyat vasitəsini sel apardı, 3 körpünü isə dağıtdı
Qubada çayı keçmək istəyən iki avtomobil sel sularının altında qalıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun ucqar dağ kəndlərindən olan Yerfi kəndində qeydə alınıb. Vəlvələ çayını keçmək istəyən “Niva” və “UAZ” markalı nəqliyyat vasitəsi suyun altında qalıb. Nəqliyyat vasitələri suyun altından çıxarılıb.
Quba Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, son günlərdə yağan güclü yağışlar və çaylarda suyun artması nəticəsində rayonun 3 müxtəlif kənlərində kəndarası körpüləri də sel dağıdıb.
Hazırda dəyən ziyanın aradan qaldırılması və körpülərin təmiri istiqamətində işlər aparılır.