Qubada avtomobil qaçıran şəxs tutuldu
Qubada avtomobil qaçıran şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən xəbərə görə, rayon sakini Sərxan Məmmədov Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı cinayət işi başlanılıb.