Qubada ehtiyatsız davranıb iki rayonda yanğın törədənlər yaxalandı

Qubada yanğın törədən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Nügədiqazmalar və Yuxarı Tüləkəran kəndləri ərazilərində ehtiyatsızlıqdan meşə və quru otlaq, eləcə də bağ sahələrinin yanmasına səbəb olan iki rayon sakini, Hikmət Mirzəyev və Firudin Pənahəliyev yaxalanıb.

Saxlanılan şəxslər yanğını ehtiyatsız davranaraq törətdiklərini bildiriblər:

- “Yaşadığım Birinci Nügədi kənd ərazində mənə məxsus bağ sahəsində işlədiyim vaxt orda olan çör-çöpü yandırmaq qərarına gəldim. Az miqdarda od idi, başım qarışdı və külək başladı, alovun öhdəsindən gələ bilmədim. Məcbur qalıb polisə və yanğınsöndürmə xidmətinə zəng vurdum. Sağ olsun FHN əməkdaşları və polis yanğını söndürdülər, ağaclarıma ziyan dəyməyə qoymadılar. Ehtiyatsız davranmışam və bir də belə hala yol verməyəcəm”.

- “Öz bağ sahəmdə təmizlik işləri görərkən yanğın hadisəsi törətdim. Alovun qarşısını ala bilmədim, kənd sakinlərini də çağırdım köməyə və qarşısını ala bilmədim. Gördüm söndürmək mümkün deyil, FHN-nin əməkdaşlarına zəng vurdum. Polis və FHN-nin yanğınsöndürənləri köməyə gəldilər. Onların köməkliyi ilə söndürdük. Mən tutduğum işə görə peşmanam. Vətəndaşlardan da xahiş edirəm ki, təmizlik işləri görərkən odla ehtiyatlı davransınlar”.

Dindirilmə zamanı hər iki şəxs ehtiyatsızlıqdan törətdikəri yanğına görə peşman olduqlarını bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv