Qubada futbol oynayan 25 nəfər saxlanıldı
Quba rayonunun Birinci Nügədi kəndi ərazisində karantin qaydalarını pozaraq futbol oynayan 25 nəfər şəxs saxlanılıb.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Quba Rayon Polis Şöbəsində onlar barəsində İXM-nin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub və təyin olunmuş qaydalara riayət etmələri barədə profilaktik söhbətlər aparılıb.