Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlandı

Qubada gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkarlayıblar.

Şöbə əməkdaşları tərəfindən dərhal obyektin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun olaraq obyekti işlədən sahibkar və orada olan 6 nəfər şəxs inzibati qaydada məsuliyyətə cəlb olunublar.

Qaydaları pozan şəxslərlə bir daha profilaktiki söhbətlər aparılıb və karantin qaydalarına əməl etmələrinin vacibliyi diqqətlərinə çatdırılıb.

Müəllif | Apa.Tv
Apa.tv