Qubada iki maşın toqquşdu, ölən var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “VAZ 2106” və “Opel” markalı maşınlar toqquşub. Qəza nəticəsində bir nəfər hadisə yerində dünyasını dəyişib. Qəzada dünyasını dəyişən Elnur Kəlbiyevin Quba Mərkəzi Rayon Xəstəxanasının mühafizə xidmətinin əməkdaşı olduğu müəyyənləşib. Qəza nəticəsində xəsarət alan Sahil İsayev adlı şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırmalar davam etdirilir. Vəli Turan, Rizvan Hacıyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv