Qubada karantin qaydalarını pozanlar cərimələndi

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına hələ də rast gəlinməkdədir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, bu kimi neqativ halların qarşısının alınması məqsədilə Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlarla profilaktik söhbətlər apararaq, onlara xüsusi rejim qaydalarına riayət etməyə çağırırlar.

Lakin keçirilən tədbirlər zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər də aşkarlanıb. Onlar arasında bir rayondan digərinə getməklə bağlı qoyulan məhdudiyyətləri pozanlar da var. Həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən tədbir görülərək cərimə ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv