Qubada narkotik satan şəxslər tutuldu

Qubada narkotik satan şəxslər yaxalanıb.

DİN mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində rayon sakini Orxan Ərəbov idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb. Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı bir ədəd kağız bükümdə heroin aşkar olunaraq götürülüb.

Orxan Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib: “Özüm üçün almışdım. Yolda polis əməkdaşları maşına baxış zamanı aşkar elədilər. Narkotiki qonşum Elşəndən almışdım. Törətdiyim əməldən peşmanam”.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Elşən Cavadov da şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub: “Əslində 32 ədəd idi, 26 dənə qalmışdı. Ondan 2-ni özüm qəbul etmişdim, qalanını da gizlətməyə aparırdım. Yerini dəyişməyə gedəndə polis əməkdaşları məni saxladı. Üstümə baxış zamanı tramodolları və marixuananı təqdim etdim”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv