Qubada narkotik yetişdirən şəxs tutuldu

Qubada narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşları tərəfindən gecə saatlarında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini Fariz Babaxanov tutulub.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 21 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Fariz Babaxanov həmin kolları şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib: “Apreldə əkmişəm. 3-4 dənə də burda əkmişəm. Bunu da fevral ayında əkmişəm”.

Faktla bağlı araşdırmalar aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv