Qubada selin uçurduğu körpü yenidən tikilir
Qubada sel zamanı dağılan körpü yenidən tikilir.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yay aylarında Ağçaya gələnə güclü sel nəticəsində dağılan körpü insanların gediş-gəlişini çətinləşdirmişdi. Kənd sakini Təvəkkül Allahverdiyev deyir ki, yeni körpünün istifadəyə verilməsi ilə 400 sakinin yaşadığı Almazqazamalar kəndinin rayon mərkəzi ilə gediş-gəlişi asanlaşacaq: “Bizim şəhərlə yeganə bir yolumuz budur. Bu körpünü kənd sakinlərinin köməyi ilə özümüz tikmişdik. Dəfələrlə sel yuyub aparırdı bu körpünü. 5-6 il qabaq da yuyub aparmışdı, onda da öz gücümüz hesabına bərpa etdik”.
Nəqliyyat ötürücündə tikinti işlərinin 90%-i başa çatıb. İş icraçısı Sahib Abbasov körpünün uzunluğu 34, eni isə 7 metr olacaq. Hər iki tərəfdə piyadaların hərəkəti üçün səki nəzərdə tutulub. “Körpünün əvvəlki vəziyyəti çox pis idi. İnsanlar əziyyət çəkirdilər. Köhnə körpü söküldü, hazırda işlərin 90 faizi yekunlaşmaq üzrədir. Çay yatağından hündürlü 2 metr 50 santimetrdir”.
Yeni körpünün sentyabrın sonlarına kimi istifadəyə verilməsi nəzərdə tutulub.