Qubada sərxoş oğul anasını öldürdü – Qonşular nələr danışır

Quba rayonunun Bağbanlı kəndində dəhşətli qətl hadisəsi baş verib. 49 yaşlı oğul 85 yaşlı anasını odun parçası ilə döyərək öldürüb. Hadisə dekabrın 27-si saat 19:00 radələrində qeydə alınıb. 49 yaşlı Zülfüqar İsmixanov sərxoş vəziyyətdə 85 yaşlı anası Zöhrə İsmixanovanın baş nahiyəsinə odun parçası ilə xəsarətlər yetirib. Yaşlı qadın təcili tibbi yardım avtomobili ilə Quba Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən Zülfiqar İsmixanov tutulub. Qeyd edək ki, Zülfüqar İsmixanov 1-ci Qarabağ müharibəsində döyüşüb, 2-ci qrup əlildir. Onun həyat yoldaşı, 2 övladı və anası 1 evdə yaşayırdılar. Cəfər Talıb, APA TV, Quba

Müəllif | Apa.Tv
Apa.tv