Qubada soyğunçuluq edən şəxs tutuldu
Qubada vətəndaşa qarşı soyğunçuluq edən Xaçmaz sakini saxlanılıb.
DİN mətbuat xidmətinin Quba Regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov yaxalanıb.
Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib: “Qubaya gəlmişdim. Gördüm bir oğlan uşağı əlində telefonla dayanıb. Yaxınlaşıb dedim olar telefondan istifadə edim, gördüm başı qarışıqdı alıb telefonu getdim. Peşmanam”.
Onun əldə etdiyi mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.