Qubada uşaq bağçasını ilanlar basdı

Qubada uşaq bağçası-körpələr evində ilanlar peyda olub.

Bu barədə APA TV-yə övladlarını həmin uşaq bağçasına göndərən valideynlər məlumat veriblər. Onların sözlərinə görə, binanın tavanında ilanları aydın müşahidə etmək mümkün olur.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun müdiri Pərviz Nurməmmədov məsələ ilə bağlı məlumatlı olduqlarını və problemin həlli üçün müvafiq tədbirlərin görüldüyünü açıqlayıb.

Qeyd edək ki, bina 1946-cı ildə inşa olunub. Hazırda bağçada 4 qrup üzrə 53 uşaq təlim-tərbiyə alır.

 

Vəli Turan, Rzvan Hacıyev, APA TV

Müəllif | Apa.Tv
Apa.tv