Qubada yanğın lokallaşdırılıb

 

Quba ərazisində baş verən yanğın artıq lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var, digər ərazilərə keçmə təhlükəsi yoxdur. APA TV-nin məlumatına görə, bu barədə ETSN məlumat yayıb. Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elvin Baxışov bildirib ki, Quba rayonunun bələdiyyə ərazisində baş verən yanğın sonradan meşə fondu sahəsinə keçib: “Ərazi dağlıq relyefə malik olduğundan və güclü küləyin təsiri nəticəsində yanğın zamanı 500 hektar meşə fonduna ziyan dəyib”.

Müəllif | Apa.Tv
Apa.tv