Qubada yeyib-içən gənclər tutuldu – KARANTİN QAYDALARINI POZUBLAR

Qubada yeyib-içmək məclisi təşkil edərək karantin qaydalarını pozan gənclər saxlanılıb.

APA TV-nin yerli bürosunun məlumatına görə, rayonun 2-ci Nügədi kənd sakinləri olan beş gənc kənd ərazisində yerləşən Çənlibel gölü ətrafında toplaşaraq yeyib-içmək məclisi təşkil ediblər.

Elan edilmiş xüsusi karantin qaydalarını kobudcasına pozan şəxslər ərazidə xidmət aparan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Karantin qaydalarını pozan Fərid Muradov piknik edərkən polis əməkdaşları tərəfindən saxlanıldığını deyir: “Kəndimizin yaxınlığında Çənlibel gölündə piknik edərkən polislər gəldi. Bizi karantin qaydalarını pozduğumuza görə polis şöbəsinə gətirdilər, protokol yazdılar”.

Farux Səfərəliyev də piknik edən gənclər arasında olub: “Çənlibel gölündə dostlarımla piknik edərkən polislər gəlib bizi tutub polis şöbəsinə gətirdilər”.

Saxlanılan şəxslər barəsində tədbir görülərək hər biri 100 manat cərimə ediliblər.

Müəllif | Apa.Tv
Apa.tv