Qubada yük və minik maşını toqquşdu – 1 NƏFƏR ÖLDÜ, 2 NƏFƏR YARALANDI

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Quba-Nügədi yolunda qeydə alınıb.

“UAZ” markalı mnik maşını ilə “Kamaz”ın toqquşması nəticəsində Qubanın Möhüc kənd sakini Bəhram İsayev dünyasını dəyişib.

Hadisə zamanı iki nəfər isə müxtəlif bədən xəsarətləri ilə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv