Qubadlıda traktor aşdı - ÖLƏN VAR
Qubadlıda traktor aşıb.
APA-nın əldə etdiyi xəbərə görə, rayonun Xanlıq kəndində, Gəyən düzü deyilən ərazidə Elnur Qurbanovun idarə etdiyi traktor aşıb. Nəticədə traktorun qoşqusunda oturan Rasim Rəhmanov ağır xəsarət alaraq hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.