Qubaya qar yağdı: şaxta düşdü
Şimal bölgəsinin bəzi yüksək dağlıq yaşayış məntəqələrinə qar yağıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 1 sm-ə çatıb.
Bəzi ərazilərdə temperatur mənfi 1 dərəcəyədək enib.
Yerli sakinlər telefonla çəkiliş aparıb.