“Quli” və “Lənkəranski”nin klanları hələ də qanlı müharibələr aparır"

“Biz hələ də 90-cı illərdən qalma, necə deyərlər, “köhnə” banditlərlə mübarizə aparırıq. Hələ onların axırına çıxmaq mümkün olmayıb. İndi isə yeni banditlər - etnik qruplaşmalar peyda olub”.

Lent.az-ın məlumatına görə, bunu Sankt-Peterburq televiziyasına müsahibəsində Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəisi Yuri Yaşkov bildirib.

Onun dediyinə görə, hazırda Sankt-Peterburqun özündə ən güclü kriminal qruplaşmalar azərbaycanlılardır.

Mən deyərdim ki, onlar bütün Rusiyada güclüdürlər. Onlar Sankt-Peterburqda, İstanbulda, Tbilisidə hələ də vuruşurlar. Siz təsəvvür edin. Onların liderləriLotu Qulivə “Rövşən Lənkəranskihəyatda olmasa da, amma planları amansız müharibə aparır. Ortada sifarişli ölümlər var və bu hələ də davam edir”,-deyə o bildirib.

Müəllif | Apa.Tv
Apa.tv