Qurban Yetirmişli: “Sürüşmələr yenə olacaq”
"2018-ci ilin oktyabrında Badamdarda sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzi də ərazidə monitorinqlər aparıb. O zaman müşahidələr göstərdi ki, sürüşmələr davam edəcək".
Bunu APA TV-yə açıqlamasında Badamdardakı sürüşmə sahəsinə baş çəkən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.
O qeyd edib ki, lazımi tədbirlər görülməsə, sürüşmənin daha böyük sahədə olacağı gözlənilir.
Xatırladaq ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində yenidən aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar - 20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edib.